main-post-cover

    Samsung Galaxy Z Flip 6 daha böyük ölçülü xarici ekranı əldə edə bilər

    Cihazlar+
    14.03.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin növbəti qatlana bilən smartfonlarından biri olacaq qapaqlı Galaxy Z Flip 6 barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə insayderlər bildiriblər ki, Galaxy Z Flip 6-nın xarici ekran ölçüsü 3.4 düym-dən daha böyük olacaq. Smartfonun xarici ekran ölçüsünün 3.9 düym təşkil edəcəyi gözlənilir. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfonun xarici ekranı Gorilla Glass Armor qoruyucu şüşəsi ilə əhatə olunacaq. Galaxy Z Flip 6-nın daxili ekranına gəldikdə isə insayderlər qeyd ediblər ki, onun ölçüsü dəyişilməz olaraq qalacaq. Yəni söhbət, 6.7 düym ölçülü daxili ekrandan gedir. Qeyd etmək lazımdır ki, Galaxy Z Flip 6-nın Galaxy Z Fold 6 ilə birlikdə bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bu ayın sonunda OneUI 6.1-i əldə edəcək Samsung Galaxy cihazlarının siyahısı təqdim edilib
    bu-ayin-sonunda-oneui-61-i-elde
    Micro OLED ekranların bazarda kütləvi hal almaları üçün müəyyən zaman lazım olacaq
    micro-oled-ekranlarin-bazarda-kutlevi-hal-almalari-ucun-mueyyen-zaman-lazim-olacaq
    Samsung-un Snapdragon X Elite prosessorlu noutbukunun qiyməti açıqlanıb
    samsung-un-snapdragon-x-elite-prosessorlu-noutbukunun-qiymeti-aciqlanib
    Huawei yaxın zamanda Samsung-u qatlana bilən smartfonlar bazarında geridə qoya bilər
    huawei-yaxin-zamanda-samsung-u-qatlana-bilen-smartfonlar-bazarinda-geride-qoya-bile
    Süni zəka funksiyalarından təşkil edilmiş Galaxy AI paketindən aylıq istifadə haqqının nə qədər olacağı məlum olub
    suni-ze