Logo
    main-post-cover

    Samsung Galaxy Z Flip 7-nin hansı prosessoru əldə edəcəyi rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    12.12.2024
    Emil
         Samsung gələn il qatlana bilən Galaxy Z Fold 7 Z Flip 7 smartfonlarını təqdim edəcək. İndi isə Galaxy Z Flip 7-nin hansı prosessor vasitəsilə çalışacağı rəsmi şəkildə məlum olub. Belə ki, Samsung-un vermiş olduğu məlumata əsasən sözügedən qatlana bilən smartfon Exynos 2500 prosessoru vasitəsilə çalışacaq.
         Şirkət bildirib ki, Exynos 2500-ın məhdud sayda olması səbəbilə onu Galaxy S25 smartfonlarında istifadə etmək mümkün olmayacaq. Buna görə də şirkət onu Galaxy Z Flip 7-də istifadə etməyi nəzərdə tutub. Bununla belə Samsung xüsusi olaraq qeyd edib ki, söhbət, yalnız Galaxy Z Flip 7-dən gedir. Bu isə o deməkdir ki, Galaxy Z Fold 7-də Snapdragon prosessorunun istifadəsi davam etdiriləcək.
    Paylaş