
Samsung Galaxy Z Flip 7-nin kamera göstəriciləri ortaya çıxıb
Cihazlar+
28.01.2025
Emil
Samsung bu il yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Onlardan biri də qatlana bilən qapaqlı Galaxy Z Flip 7 modeli olacaq. Technote.az 9to5Google saytına istinadən bildirir ki, Samsung-un bu il təqdim edəcəyi Galaxy Z Flip 7 modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Yeni məlumatlar sözügedən smartfonun kameralarını əhatə edir. Sızdırılan məlumatlara görə, cihazın kamera xüsusiyyətlərində əhəmiyyətli dəyişikliklər gözlənilmir.
Məlumata əsasən, Galaxy Z Flip 7 aşağıdakı kamera quruluşuna sahib olacaq:
- Əsas kamera: 50 MP
- Ultra-geniş bucaqlı kamera: 12 MP
- Ön kamera: 10 MP.
Bu göstəricilər, əvvəlki model olan Galaxy Z Flip 6-nın kamera xüsusiyyətləri ilə eynidir. Xüsusilə, ultra geniş bucaqlı və ön kameraların bir neçə nəsildir dəyişmədiyi qeyd olunur.
Samsung-un qatlana bilən smartfonlarına olan tələbatın son dövrlərdə azaldığı və Galaxy Z Flip 6 və Fold 6 modellərinin satış hədəflərinə çatmadığı bildirilir. Buna baxmayaraq, şirkət 2025-ci ildə dörd yeni qatlana bilən cihaz təqdim etməyi planlaşdırır.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
