
Samsung Galaxy Z Flip 7-nin yeni render fotoları təqdim edilib
Cihazlar+
20.06.2025
Emil
Son məlumat sızıntılarına inansaq, Samsung şirkəti gələn ay yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Söhbət, Galaxy Z Fold 7 və Z Flip 7 modellərindən gedir. Bunun 9 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbirində baş verəcəyi gözlənilir. Biraz əvvəl biz xəbər verdik ki, Android Headlines saytı Galaxy Z Fold 7 modelinin yeni fotolarını təqdim edib. İndi isə həmin sayt bu dəfə Galaxy Z Flip 7 modelinin yeni render fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, yeni smartfon ümumilikdə keçən ilki Galaxy Z Flip 6-dan o qədər də fərqlənməyəcək. Galaxy Z Flip 7-nin xarici ekranı üzərində iki ədəd kamera yerləşəcək. Məlumatda qeyd edilib ki, smartfon iki daxili yaddaş versiyasında satılacaq: 256 GB və 512 GB. Bununla yanaşı Galaxy Z Flip 7-nin Snapdragon əvəzinə Exynos prosessorunu əldə edəcəyi gözlənilir.




Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
