
Samsung Galaxy Z Flip FE-nin mövcudluğu təsdiqlənib
Cihazlar+
06.01.2025
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti qatlana bilən Galaxy Z Flip FE smartfonu üzərində çalışır. İndi isə ilk dəfə olaraq bu məlumatın doğruluğunu təsdiqləyən sübut ortaya çıxıb. Belə ki, Galaxy Z Flip FE smartfonu GSMA məlumatlar bazasında SM-F761B model nömrəsi ilə birlikdə ortaya çıxıb. Məlumatlar bazasında smartfonun marketinq adı kimi isə Galaxy Z Flip XE qeyd edilib. Çox güman ki, adda olan XE hissəsi səhvən qeyd edilib və onun əvəzinə FE qeyd edilməli idi. Gözləntilərə əsasən Galaxy Z Flip FE smartfonu daha büdcəli qatlana bilən smartfon olacaq.
Onun Galaxy FE seriyasına daxil edilməsi isə Samsung-un öz qatlana bilən smartfonlarını daha çox istifadəçi üçün əlçatan etmək istəməsindən xəbər verir. Gözləntilərə əsasən Galaxy Z Flip FE smartfonu Exynos 2400 prosessoru vasitəsilə çalışacaq. Bu öz növbəsində smartfonun satış qiymətini aşağı salmağa imkan verə bilər. Bundan əlavə olaraq GSMA məlumatlar bazasında Samsung-un bu il təqdim edəcəyi gözlənilən Galaxy Watch 8 Classic smart saatı da ortaya çıxıb. Sözügedən smart saat SM-L505U model nömrəsinə sahibdir. Qeyd etmək lazımdır ki, Samsung-un keçən il təqdim etmiş olduğu Galaxy Watch 7 seriyasına nəticə etibarilə Watch 7 Classic modeli daxil olmadı. Görünür şirkət Galaxy Watch Classic modelini Galaxy Watch 8 seriyası tərkibində bərpa etmək niyyətindədir.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
