
Samsung Galaxy Z Fold 2-nin və Galaxy Tab A7-nin dəstəyi dayandırılıb
Cihazlar+
09.10.2024
Emil
Samsung şirkəti bir qatlana bilən smartfonunun və bir planşetin dəstəyini rəsmi şəkildə dayandırıb. Söhbət, Galaxy Z Fold 2 smartfonundan və Galaxy Tab A7 planşetindən gedir. Beləliklə Samsung-un bu cihazları bundan sonra Android və təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Samsung şirkətinin öz flaqman və subflaqman cihazlarında 7 illik dəstək müddətini təmin etməsinə baxmayaraq adları sadalanmış bu cihazlar şirkətin 7 illik dəstək müddətinə keçid qərarından öncə satışa çıxıblar.
Bu səbəbdən də Galaxy Z Fold 2 ilə Galaxy Tab A7 nəticədə 4 illik dəstək müddətinə sahib oldular. Rəsmi dəstəyin dayandırılması smartfonların çalışmayacaqları demək deyil. Sadəcə olaraq onlar üçün artıq təhlükəsizlik yenilənmələri təqdim edilməyəcəyi səbəbilə bu cihazlar kiberhücumlar üçün daha həssas hala gələcəklər. Bununla belə Galaxy Z Fold 3 smartfonu hələ 2026-cı ilə kimi Android və təhlükəsizlik yenilənmələrini əldə etməyə davam edəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
