Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 5 ilə Z Flip 5 daha tez təqdim oluna bilərlər

    Cihazlar+
    04.05.2023
    Emil
        Verilmiş yeni məlumata əsasən Samsung öz yeni qatlana bilən smartfonlarını əvvəlcə planlaşdırılandan 3 həftə daha tez təqdim etməyi nəzərdən keçirir. Söhbət, Samsung Galaxy Z Fold 5 ilə Galaxy Z Flip 5-dən gedir. Beləliklə sözügedən smartfonlar avqustda deyil, iyul ayında təqdim oluna bilərlər. Samsung adətən yeni qatlana bilən smartfonların təqdimatları üçün nəzərdə tutulmuş Galaxy Unpacked tədbirini avqust ayının birinci yarısında keçirir. Lakin digər tərəfdən şirkət bu ilin ikinci rübü üzrə ola biləcək zəif maliyyə göstəricilərindən narahatdır. Belə ki, adətən ikinci rüb üzrə smartfonların satışları o qədər də yüksək olmur. Bu səbəbdən də Samsung şirkəti yeni qatlana bilən smartfonlarını iyul ayında təqdim etməklə bu ilin üçüncü rüb üzrə maliyyə göstəricilərini yaxşılaşdırmağa cəhd göstərə bilər.
    Paylaş
    Bənzər xəbərlər