main-post-cover

    Samsung Galaxy Z Fold 6 daha geniş xarici ekranı əldə edə bilər

    Cihazlar+
    10.05.2024
    Sabina Rustamli
         Samsung şirkəti yay fəslində yeni qatlana bilən smartfonlarını təqdim etməlidir. Söhbət, Galaxy Z Fold 6 ilə Z Flip 6-dan gedir. Son məlumat sızıntılarına əsasən Galaxy Z Fold 6 smartfonu iti künc hissələrə sahib daha geniş xarici ekranı əldə edəcək. İndi isə bu məlumat öz təsdiqini tapıb. Belə ki, Ice Universe ləqəbli məşhur insayder kənar istehsalçı tərəfindən Galaxy Z Fold 6-nın xarici ekranı üçün istehsal edilmiş qoruyucu örtüyün fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, ekran qoruyucusu iti künc hissələrə sahibdir.
         İnsayder bildirib ki, Galaxy Z Fold 6-nın xarici ekranı 60.2 mm-lik enə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Galaxy Z Fold 5-in xarici ekranının eni isə 57.4 mm təşkil edir. Bununla yanaşı qoruyucu örtüyün fotosuna əsasən Samsung-un yeni qatlana bilən smartfonunun ekranı hər tərəfdən nazik ekran çərçivəni əldə edəcək. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən Samsung öz yeni qatlana bilən smartfonlarını iyul ayında baş tutacaq növbəti Galaxy Unpacked 2024 tədbirində təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy F55 smartfonunun təqdimatı anons edilib
    samsung-galaxy-f55-smartfonunun-teqdimati-anons-edilib
    Samsung Galaxy S24 Ultra ən çox satılan Android smartfon olub!
    samsung-galaxy-s24-ultra-en-cox-satilan-android-smartfon-olub
    Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
    samsung-exynos-prosessorlarinda-amd-nin-qrafik-cipinden-imtina-ede-biler
    Smartfonlar haqqında sızıntı məlumatları ilə tanınan məşhur X istifadəçisi Galaxy S24 Ultra smartfonuna görə, Samsung şirkətini fırıldaqçılıqda günahlandırır!
    smartfonlar-haqqinda-sizinti-melumatlari-ile-taninan-meshur-x-istifadecisi-galaxy-s24-ultra-smartfonuna-gore-samsung-sirketini-firildaqciliqda-gunahlandirir
    Samsung G60SD adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-g60sd-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti