
Samsung Galaxy Z Fold 6 hansı həcmdə batareyanı və hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcək?
Cihazlar+
04.04.2024
Sabina
Dünən Samsung Galaxy Z Fold 6-nın hansı çəkiyə və qalınlığa sahib olacağı barəsində məlumat ortaya çıxdı. İndi isə sözügedən smartfonun batareya həcmi və onun hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi barəsində məlumatlar verilib. Beləliklə Ice Universe ləqəbli məşhur insayderin sözlərinə əsasən Galaxy Z Fold 6 smartfonu 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yəni smartfonun batareya həcmi keçən ilki Galaxy Z Fold 5-in batareya həcmi ilə eyni olacaq. Bununla yanaşı insayder bildirib ki, Galaxy Z Fold 6 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Yəni bu mövzuda da yeni smartfonda bir dəyişiklik olmayacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın Z Flip 6 ilə birlikdə yay fəslində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
