
Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın nə zaman təqdim olunacağı barəsində məlumat verilib
Samsung şirkəti bu ilin ikinci yarısında yeni qatlana bilən smartfonları Galaxy Z Fold 6 ilə Z Flip 6-nı təqdim etməlidir. Lakin bunun təqribi olaraq nə zaman baş verəcəyi məlum deyildi. İndi isə insayderlər bu mövzu ilə bağlı məlumat veriblər. Onların sözlərinə əsasən Samsung-un sözügedən yeni qatlana bilən smartfonları iyul ayında baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində təqdim olunacaqlar. Qeyd etmək lazımdır ki, şirkət keçən ilki Galaxy Z Fold 5 ilə Z Flip 5-i də keçən ilin iyul ayında təqdim etmişdi. Çox güman ki, şirkət bu ilin iyul ayında Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə yanaşı həmçinin Galaxy Buds 3 naqilsiz qulaqlığını, Galaxy Watch 7 smart saatını və Galaxy Ring smart üzüyünü təqdim edəcək.
samsung foldable phone
samsung foldable phone 2024
samsung galaxy z fold 6
galaxy z fold 6
samsung
samsung galaxy z flip 6
galaxy z flip 6
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...