
Samsung Galaxy Z Fold 6-nın daha geniş və nazik gövdəli versiyasını hazırlayır
Cihazlar+
08.07.2024
Emil
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Samsung şirkəti 10 iyul tarixində təqdim olunacaq qatlana bilən Galaxy Z Fold 6 smartfonunun daha geniş və nazik gövdəyə sahib versiyası üzərində çalışır. The Elec saytının vermiş olduğu yeni məlumata əsasən Galaxy Z Fold 6-nın sözügedən versiyası daha böyük ölçülü daxili və xarici ekranları əldə edəcək. Belə ki, məlumata əsasən smartfonun daha geniş və nazik gövdəli versiyası 6.5 düym ölçülü xarici ekranı və 8 düym ölçülü daxili ekranı əldə edəcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, 10 iyul tarixində təqdim olunacaq Galaxy Z Fold 6 smartfonu 6.3 düym ölçülü xarici ekranı və 7.6 düym ölçülü daxili ekranı əldə etməlidir. Məlumatda qeyd edilib ki, Galaxy Z Fold 6-nın bu versiyası bu ilin dördüncü rübündə məhdud sayda satışa çıxacaq. Onun 400 000-500 000 ədəd sayda satışa çıxacağı gözlənilir. Satışlar isə Çin də daxil olmaqla bir neçə ölkədə reallaşdırılacaq. Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyasının texniki imkanları barəsində hələ məlumat olmasa da bəzi şayiələrə əsasən onda S Pen stilusunun dəstəyi mövcud olmayacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimata sayılı günlər qalmış Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra-nın yeni fotoları təqdim edilib
Samsung-un təqdimata hazırlaşan Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatlarının Çinin TAF adlı tənzimləyici orqanında qeydiyyatdan keçdikləri məlum olub.

Cihazlar+
Gələn il Samsung Galaxy S25+ smartfonunun təqdim olunacağıan dair sübut aşkar edilib
Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 smartfon seriyasında Galaxy S25+ modelini təqdim etməyəcək və seriya yalnız iki smartfondan təşkil ediləcək.

Cihazlar+
Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının real fotoları təqdim edilib
Samsung şirkətinin təqdim etməyə hazırlaşdığı yeni məhsulları barəsində məlumatlar ortaya çıxmağa davam edirlər.

Elm & Texnologiya
Samsung uzana bilən elastiki ekranı patentləşdirib
Samsung şirkəti Çində uzana bilən elastiki ekranı patentləşdirib. Patent sənədlərindəki məlumata əsasən bu cür ekrana həmçinin ayrıca fiziki klaviaturanı da qoşmaq mümkündür.

Proqram Təminatı
Büdcəli Samsung Galaxy A13 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
Samsung şirkəti büdcəli smartfonları üçün OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy A13-ə çatıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
