main-post-cover

    Samsung Galaxy Z Fold 6-nın kameralarında heç bir ciddi dəyişiklik olmayacaq

    Cihazlar+
    10.06.2024
    Emil Nəcəfov
       Samsung şirkətinin gələn ay qatlana bilən Galaxy Z Fold 6 smartfonununu təqdim edəcəyi gözlənilir. Sözügedən smartfonun kameralarında ciddi dəyişikliklər gözləyən istifadəçilər məyus ola bilərlər. Belə ki, Ice Universe ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Galaxy Z Fold 6-nın kameraları keçən ilki Galaxy Z Fold 5-in kameraları ilə eyni olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 5-in kameraları isə Galaxy Z Fold 4-ün kameraları ilə eynidir. İnsayder bildirib ki, təqdim olunacaq yeni qatlana bilən smartfonda ön kamera, arxa kameralar və onların göstəriciləri dəyişilməz olaraq qalacaqlar.
         Bu isə o deməkdir ki, Galaxy Z Fold 6 smartfonu f/1.8 diafraqmaya sahib 50 MP-lik əsas kameranı, f/2.4 diafraqmaya sahib 10 MP-lik teleobyektivi və f/2.2 diafraqmaya, 123 dərəcə bucaq əhatəsinə və 3 qat optik zoom-a sahib 12 MP-lik ultra geniş bucaqlı obyektivi əldə edəcək. Çox güman ki, əsas kamera ilə teleobyektivdə ənənə üzrə optik stabilizasiya funksiyasının dəstəyi reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, keçən həftə Samsung rəsmisi təsdiqlədi ki, yaxın zamanda təqdim olunacaq Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A05s və Galaxy F23 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a05s-ve-galaxy-f23-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung xüsusi kampaniya çərçivəsində Galaxy Watch FE-ni hədiyyə kimi təklif edir
    samsung-xususi-kampaniya-cercivesinde-galaxy-watch-fe-ni-hediyye-kimi-teklif-edir
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə edəcəklər
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-smartfonlari-galaxy-ai-ekosisteminin-suni-zeka-funksiyalarini-elde-edecekler
    Samsung Galaxy Watch 7 və Watch 7 Ultra-nın texniki imkanları təqdim edilib
    samsung-galaxy-watch-7-ve-watch-7-ultra-nin-texniki-imkanlari-teqdim-edilib
    Samsung büdcəli Galaxy A16 və Galaxy A06 smartfonları üzərində çalışır
    samsung-budceli-galaxy-a16-ve-galaxy-a06-smartfonlari-uzerinde-calisir