Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 daha böyük həcmli batareyaları əldə edə bilərlər

    Cihazlar+
    21.02.2024
    Emil
         Samsung şirkətinin yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 6 ilə Z Flip 6-nın bu ilin ikinci yarısında təqdim olunacaqları gözlənilir. İndi isə sözügedən yeni qatlana bilən smartfonların batareya həcmləri barəsində məlumat verilib. 91mobiles saytı aşkar edib ki, Galaxy Z Fold 6 ilə Z Flip 6-nın batareyaları BIS (Hindistan standartlar bürosu) siyahısına əlavə edilib. BIS saytında Galaxy Z Fold 6-nın iki batareya variantı əks olunub. Birinci variant EB-BF956ABE kod adına, ikinci variant isə EB-BF956ABY kod adına sahibdir.
         Zamanında Galaxy Z Fold 4-ün də batareyaları BIS saytında ortaya çıxmışdılar və onlar da oxşar kod adlarına sahib idilər. Burdan belə qənaətə gəlmək olar ki, Galaxy Z Fold 6 modeli iki ədəd batareya ilə təchiz oluna bilər. Galaxy Z Flip 6-ya gəldikdə isə BIS saytında onun da iki batareya variantı aşkar edilib. Birinci variant EB-BF741ABE kod adına, ikinci variant isə EB-BF741ABY kod adına sahibdir. Məlumata əsasən Galaxy Z Flip 6 smartfonu 4000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy Z Flip 5 modeli 3700 mAh enerji tutumlu batareyaya sahibdir. Galaxy Z Fold 6-nın isə hansı həcmdə batareyanı əldə edəcəyi bilinmir.
    Paylaş