Logo
    main-post-cover

    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 dizaynları şirkət tərəfindən səhvən sızdırılıb

    Cihazlar+
    05.06.2024
    Emil
         Samsung şirkəti gələn ay təqdim olunacaqları gözlənilən yeni qatlana bilən smartfonlarının dizaynlarını səhvən sızdırıb. Söhbət, Galaxy Z Fold 6Z Flip 6-dan gedir. Belə ki, adları sadalanmış bu smartfonların əks olunduqları poster Samsung-un Qazaxıstan üzrə şöbəsinin saytında ortaya çıxıb. Ortaya çıxmış poster öz növbəsində bu yeni qatlana bilən smartfonlar barəsində daha öncəki məlumatları təsdiqləyiblər.
         Beləliklə posterdən də görmək olar ki, Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları Galaxy S24 Ultra tərzində dizaynı əldə edəcəklər. Yəni yeni qatlana bilən smartfonlar yastı kənar hissələrə sahib olacaqlar. Galaxy Z Flip 6 modeli böyük ölçülü xarici ekranı və ikili arxa kameranı əldə edəcək. Galaxy Z Fold 6-ya gəldikdə isə posterə əsasən o, üçlü arxa kameranı əldə edəcək. Qeyd etmək lazımdır ki, bu smartfonlar Snapdragon 8 Gen 3 for Galaxy prosessoru vasitəsilə çalışmalı və özlərində Galaxy AI ekosisteminin süni zəka funksiyalarını birləşdirməlidirlər.
    Paylaş