
Samsung Galaxy Z Fold 6 və Z Flip 6-nın hansı gövdə rənglərinə və daxili yaddaş həcmlərinə sahib olacaqları məlum olub
Cihazlar+
24.04.2024
Farid
Samsung şirkəti yaxın aylar ərzində qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarını təqdim etməlidir. İndi isə bu smartfonların hansı gövdə rəngləri ilə daxili yaddaş həcmlərinə sahib olacaqları barəsində məlumatlar internetdə ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy Z Fold 6 smartfonu Navy, Silver Shadow, Light Pink, Crafted Black və White adlı gövdə rənglərinə sahib olacaq. Galaxy Z Flip 6 smartfonunu gəldikdə isə məlumata əsasən o, Light Blue, Mint, Silver Shadow, Yellow, Crafted Black, Peach və White adlı gövdə rənglərinə sahib olacaq. Daxili yaddaş həcmi mövzusunda Galaxy Z Fold 6 modeli 256/512 GB/1 TB daxili yaddaş həcminə sahib versiyalarda satışa çıxacaq. Galaxy Z Flip 6 modeli isə 256/512 GB daxili yaddaş həcminə sahib versiyalarda satışa çıxacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
