
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə edəcəklər
Cihazlar+
07.06.2024
Emil
Samsung şirkəti bu ilin əvvəlində Galaxy S24 smartfonlarını təqdim etdi və bir neçə müddətdən sonra onlarda Galaxy AI ekosisteminin süni zəka funksiyalarını istifadəyə verdi. Bu ekosistem müxtəlif süni zəka funksiyalarını təqdim edərək istifadəçi təcrübəsini yaxşılaşdırmağa hədəflənib. Lakin Galaxy AI ekosisteminin funksiyalarını təkcə Galaxy S24 smartfonları deyil, şirkətin daha öncəki flaqman smartfonları da əldə etdilər. Onların arasında hətta Samsung-un qatlana bilən smartfonları da var.
İndi isə rəsmi şəkildə məlum olub ki, Galaxy AI ekosisteminin süni zəka funksiyaları həmçinin Samsung-un növbəti qatlana bilən smartfonlarında da istifadəyə veriləcək. Söhbət, yaxın zamanda təqdim olunacaqları gözlənilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarından gedir. Bu barədə məlumatı Samsung daxilində mobil cihazlar üzrə tədqiqatlar və texnologiyalar şöbəsinin rəhbəri Won-Joon Choi təqdim edib. Məlumat verən zaman o, Galaxy AI ekosisteminin vacibliyindən danışıb və bildirib ki, bu ekosistem Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları üçün daha yaxşı optimizasiya ediləcək.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
