
Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının orijinal keyslərdə fotoları təqdim edilib
Cihazlar+
27.06.2024
Emil
Samsung öz yeni qatlana bilən smartfonları Galaxy Z Fold 6 və Z Flip 6-nı 10 noyabr tarixində Parisdə baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində təqdim edəcək. Təqdimata az müddət qalmış insayderlər bu smartfonların orijinal keyslərdə fotolarını təqdim ediblər. Beləliklə fotolardan da görmək olar ki, Galaxy Z Fold 6 üçün nəzərdə tutulmuş orijinal keys 3 versiyada olacaq. Onlardan biri S Pen stilusunun yerləşdirilməsi üçün xüsusi sahəyə sahibdir.

Bu isə bir daha onu təsdiqləyir ki, Galaxy Z Fold 6-nın gövdəsində S Pen stilusunun saxlanması üçün nəzərdə tutulmuş xüsusi sahə olmayacaq. Digər iki keys isə dayaq elementinə sahibdir. Galaxy Z Flip 6 üçün nəzərdə tutulmuş keysə gəldikdə isə o, açarların bərkidilməsi üçün nəzərdə tutulmuş elementə sahib olacaq. Qeyd etmək lazımdır ki, Samsung 10 iyul tarixində baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində sözügedən smartfonlarla yanaşı üstəlik Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatlarını və o cümlədən Galaxy Ring smart üzüyünü təqdim etməlidir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
