
Samsung Galaxy Z Fold 7 və Z Flip 7 smartfonları barəsində yeni təfərrüatlar təqdim edilib
Cihazlar+
31.01.2025
Emil
Samsung şirkəti bu ilin ikinci yarısında yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Söhbət, Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarından gedir. İnsayderlər bu smartfonlar barəsində yeni təfərrüatları təqdim ediblər. Yeni məlumatlar smartfonların hansı həcmdə RAM və daxili yaddaşları əldə edəcəklərini əks etdirirlər. Bununla yanaşı Məlumatlarda Galaxy Z Fold 7-nin hansı prosessor vasitəsilə çalışacağı da qeyd edilib.
Beləliklə insayderlərin sözlərinə inansaq, Galaxy Z Fold 7 smartfonu bütün regionlarda Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Bu smartfon özündə 12 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirəcək. Beləliklə bu mövzuda o, keçən ilki Galaxy Z Fold 6-dan heç də fərqlənməyəcək. Galaxy Z Flip 7 smartfonuna gəldikdə isə məlumatda qeyd edilib ki, o, 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edəcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Galaxy Z Flip 6 smartfonu minimum 128 GB daxili yaddaş həcmini təklif edir. Burdan da belə qənaətə gəlmək olar ki, Samsung bu il təqdim edəcəyi Galaxy Z Flip 7-də minimal 128 GB daxili yaddaş həcmindən imtina edəcək. Məlumatlarda Galaxy Z Flip 7-nin hansı prosessor vasitəsilə çalışacağı qeyd edilməyib. Lakin son məlumat sızıntılarına inansaq, Galaxy Z Fold 7-dən fərqli olaraq Galaxy Z Flip 7 smartfonu Exynos prosessorunu əldə edəcək.
Mənbə: Gadgets360
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
