Logo
    main-post-cover

    Samsung gələn il Galaxy Flip FE smartfonunu təqdim edə bilər

    Cihazlar+
    05.11.2024
    Emil
         Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti qatlana bilən smartfonlar portfoliosunu yeni modellər vasitəsilə genişləndirməyi planlaşdırır və bu istiqamətdə şirkət Galaxy Flip FE smartfonunu təqdim etməlidir. Məlumatda qeyd edilib ki, Galaxy Flip FE smartfonu gələn ilin aprel ayında təqdim oluna bilər. Qeyd etmək lazımdır ki, həmin müddətdə kompakt gövdə ölçüsünə sahib Galaxy S25 Slim modeli də təqdim oluna bilər.
         Belə ki, bir neçə müddət bundan öncə Galaxy S25 Slim barəsində ortaya çıxmış məlumatda qeyd edilmişdi ki, sözügedən smartfon əsas Galaxy S25 modellərinin təqdimatlarından bir neçə ay sonra təqdim oluna bilər. Galaxy Flip FE-yə gəldikdə isə onun texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Bununla yanaşı Samsung-un gələn il iki ədəd Galaxy Z Fold 7 modelini təqdim edəcəyi gözlənilir. İkinci modelin nə ilə fərqlənəcəyi aydın deyil.
    Paylaş
    Bənzər xəbərlər