
Samsung gələn il Galaxy Z Fold 7 və Z Flip 7 smartfonlarını iki versiyada təqdim edəcək
Cihazlar+
25.10.2024
Emil
Samsung yay fəslində qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarını, bir neçə müddət bundan öncə isə Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyası Galaxy Z Fold Special Edition smartfonunu təqdim etdi. Ortaya çıxmış yeni məlumata əsasən Samsung artıq növbəti nəsil qatlana bilən smartfonları üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkət gələn il Galaxy Z Fold 7-nin iki versiyasını təqdim etməyi planlaşdırır. Məlumata əsasən Samsung hal-hazırda Q7 kod adına sahib adi Galaxy Z Fold 7 üzərində və Q7M kod adına sahib daha bir versiya üzərində çalışır.
Bununla yanaşı şirkət üstəlik Galaxy Z Flip 7-ni də iki versiyada hazırlayır. Galaxy Z Flip 7-nin kod adı kimi B7 qeyd edilib. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Samsung ilk 3 qat qatlana bilən smartfonu üzərində çalışır. Bu smartfonun artıq gələn il təqdim oluna biləcəyi qeyd edilmişdi. Bunun olacağı halda Samsung şirkəti 2025-ci ildə minimum 5 ədəd qatlana bilən smartfon təqdim edəcək. Galaxy Z Fold 7-nin Q7M kod adlı ikinci versiyası barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, şirkət onu adi Galaxy Z Fold 7 ilə paralel olaraq hazırlayır.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
