Logo
    main-post-cover

    Samsung gələn il yüngül smart eynəyini satışa çıxaracaq

    Cihazlar+
    16.11.2024
    Emil
         İnsayderlərin vermiş olduqları məlumata əsasən Samsung şirkəti gələn il olduqca yüngül smart eynəyini satışa çıxaracaq. Məlumatda qeyd edilib ki, şirkətin smart eynəyinin çəkisi cəmi 50 qramm təşkil edəcək. Eynək Qualcomm AR1 prosessoru vasitəsilə çalışacaq və o özündə 155 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı smart eynək Sony IMX681 adlı 12 MP-lik kameranı əldə etməlidir. İnsayderlərin sözlərinə əsasən smart eynəyin “beyni” qismində Google Gemini əsaslı çat-bot çıxış edəcək. Samsung 500 000 ədəd smart eynək istehsal etməyi planlaşdırır. Onun hansı qiymətə satılacağı bilinmir. Lakin eynəyin VR cihaz ölçüsündə olmayacağını nəzərə alsaq, satış qiyməti də böyük ehtimal ilə yüksək olmayacaq. Gözləntilərə əsasən Samsung-un bu smart eynəyi gələn ilin üçüncü rübündə satışa çıxacaq.
     
    Paylaş