Logo
    main-post-cover

    Samsung gələn ildən Galaxy A smartfonlarının arxa kameralarının sayını azaldacaq

    Cihazlar+
    22.07.2022
    Emil
        Gələn ildən başlayaraq Samsung şirkəti özünün Galaxy A seriyasına daxil olacaq smartfonların arxa kameralarının sayını azaltmağı planlaşdırır. Məlumata əsasən gələn ildən başlayaraq Samsung Galaxy A modellərində dərinlik kamera sensorunu istifadə etməyəcək. Ümumiyyətlə sözügedən kamera sensoru istifadəçilər tərəfindən nadir hallarda istifadə edilir. Bunun yerinə Samsung yerdə qalacaq digər kameraların təkmilləşdirilməsi ilə məşğul olacaq. Plana əsasən gələn ilki Galaxy A24, A34 vəə A54 smartfon modelləri yalnız üçlü arxa kamera ilə təchiz olunacaqlar. Galaxy A24 modeli 50 MP-lik əsas kamera, 8 MP-lik ultragenişbucaqlı kamera və 5 MP-lik makrokamera əldə edəcək.
        Galaxy A34 modeli 48 MP-lik əsas kamera, 8 MP-lik ultragenişbucaqlı kamera və 5 MP-lik makrokamera əldə edəcək. Galaxy A54 modelinə gəldikdə isə o, 50 MP-lik əsas kamera, 5 MP-lik ultragenişbucaqlı kamera və 5 MP-lik makrokamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy A modellərində dördlü arxa kameradan istifadə edilir. Lakin gələn ilki Galaxy A modellərinin daha az sayda arxa kameralar ilə təchiz olumaları Samsung-a həmin smartfonların maya dəyərlərini aşağı salmağa və əsas kamera sensorlarının təkmilləşdirilməsinə imkan verəcək.
        Hətta mütəxəssislər ilə adi istifadəçilərin çoxu smartfonlarda çoxlu sayda kameranın istifadəsini mənasız adlandırır. Qeyd etmək lazımdır ki, Galaxy A seriyasına daxil olan smartfonlar həmçinin Samsung şirkətinin ən çox satılan smartfonlarından biridirlər. Keçən ildən başlayaraq Samsung Galaxy A seriyasının smartfonlarına təsvirin optik stabilizasiya funksiyasını əlavə etməyə başladı. Bununla da Galaxy A modelləri alıcılar üçün daha cəlbedici oldular. Məlumata əsasən Galaxy A34 modeli gələn ilin mart ayında, Galaxy A54 modeli isə mart ayında satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər