
Samsung hələ büdcəli qatlana bilən smartfon təqdim etməyi planlaşdırmır
Cihazlar+
24.10.2024
Emil
Samsung şirkəti qatlana bilən Galaxy Z Fold və Z Flip smartfonlarının yaxın zamanda büdcəli versiyalarını təqdim etməyi planlaşdırmadığını təsdiqləyib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Samsung-un Galaxy Fold FE adlı büdcəli qatlana bilən smartfon üzərində çalışdığı barəsində məlumat ortaya çıxmışdı. Onun əslində Galaxy Z Fold 6 ilə birlikdə təqdim olunacağı gözlənilirdi. Lakin nəticədə bu, baş vermədi. Onun əvəzinə şirkət bir neçə gün bundan öncə nazik gövdəli Galaxy Z Fold Special Edition smartfonunu təqdim etdi.
Bununla belə Samsung rəsmisi bildirib ki, şirkət hələ ki, büdcəli qatlana bilən smartfonların hazırlanmasını planlaşdırmır. “Galaxy Z Fold Special Edition-u premium sinifə daxil olan cihaz kimi qəbul etməyin. Bu smartfon sizin imkanlarınızın genişləndirilməsi üçün təqdim edilib. Hal-hazırda biz daha aşağı qiymətə sahib ayrıca məhsulu təqdim etməyi planlaşdırmırıq” - deyə Samsung rəsmisi bildirib. Bu bəyanat Samsung-un ümumiyyətlə büdcəli qatlana bilən smartfonları istehsal etməyəcəyi demək deyil. Qatlana bilən smartfonlar hal-hazırda alıcılar arasında məşhurlaşmağa davam edirlər. Ola bilsin ki, yaxın gələcəkdə şirkət büdcəli qatlana bilən smartfonun hazırlanması ideyasına geri qayıdacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
