Logo
    main-post-cover

    Samsung hərəkətli ekrana sahib kvadrat formalı smartfonu patentləşdirib

    Cihazlar+
    29.01.2024
    Emil
         Samsung-un portfoliosunda artıq bir neçə növ qatlana bilən smartfon mövcuddur. Söhbət, qatlana bilən qapaqlı və kitab tərzində qatlanma konstruksiyasına sahib smartfonlardan gedir. Lakin görünür, şirkət bu istiqamətdə öz təcrübələrini dayandırmır. Belə ki, Samsung-un yeni patentində hərəkətli ekrana sahib qeyri-adi qatlanan smartfon əks olunub. Patent fotolarından da görmək olar ki, smartfon olduqca kompakt ölçüyə və kvadrat formaya sahibdir.
         Lakin lazım olduğu halda onun aşağı hissəsindən ekranın görünməyən sahəsi ortaya çıxaraq öz ölçüsünü böyüdür. Nəticədə istifadəçi standart vəziyyətdə kompakt ölçülü cihazı, açıq vəziyyətdə isə smartfonu əldə edir. Bu cür cihazda ola biləcək hərəkətli ekran mexanizminin ekranın özünə zərər verib-verməyəcəyi tam aydın deyil. Qeyd etmək lazımdır ki, bu sadəcə patentdir. Samsung-un nəticədə bu cür smartfonu istehsal edəcəyinə zəmanət verilmir.
    Paylaş