Logo
    main-post-cover

    Samsung kameralara sahib naqilsiz qulaqlıq üzərində çalışmış ola bilər

    Cihazlar+
    23.01.2025
    Emil
         Samsung şirkətinin ən son təqdim etmiş olduğu Galaxy Buds 3Galaxy Buds 3 Pro naqilsiz qulaqlıqları aparıcı funksiyaları təqdim edərək bazarın ən yaxşı naqilsiz qulaqlıqlarından biridirlər. Lakin görünür, Samsung naqilsiz qulaqlıqlarının imkanlarını daha da genişləndirməyə hədəflənib. Belə ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Samsung kameralara sahib Galaxy Buds-ın hazırlanmasını nəzərdən keçirir.
          Lakin naqilsiz qulaqlıqda kameraların reallaşdrıılması nəyə lazımdır? İnsayder qeyd edilmiş Galaxy Buds barəsində ətraflı məlumat verməyib. Lakin güman etmək olar ki, qulaqlıqlarda kameralar istifadəçi üçün əlavə gözlər rolunu oynaya bilərlər. Belə ki, istifadəçi qulaqlıqların kameralarına hansı obyektlərin tuş gəldiklərini görə və qulaqlıqlardan bu və ya digər obyektin analizini istəyə bilər. Samsung-un nəticədə kameralara sahib Galaxy Buds-ı hazırlayıb-hazırlamayacağı bilinmir.
    Paylaş