main-post-cover

    Samsung naqilsiz qulaqlıqlar üçün OLED ekranlı şarj keysini təqdim edib (VİDEO)

    Cihazlar+
    11.01.2024
    Emil Nəcəfov
         Samsung şirkəti CES 2024 sərgisi çərçivəsində Galaxy Buds naqilsiz qulaqlıqları üçün nəzərdə tutulmuş OLED ekranlı şarj keysini təqdim edib. Təqdim edilmiş OLED ekranlı şarj keysi sadəcə prototipdir. Buna baxmayaraq o tamamilə funksionaldır. Şarj keysinin ekranında qulaqlıqların və keysin özünün enerji səviyyəsi, qulaqlıqlarda istifadə edilən audio rejim və ətraf səs-küyün boğulması funksiyasının aktiv olub-olmadığı əks olunur. Beləliklə istifadəçi xüsusi mobil tətbiqə daxil olmadan qulaqlıqların ayarlarını birbaşa şarj keysi vasitəsilə idarə edə bilər. İstifadəçi həmçinin qulaqlıqların qoşula biləcəyi digər cihazlara da şarj keysindəki ekran vasitəsilə keçid edə bilər. Samsung-un bu cür şarj keysini nəticədə satışa çıxarıb-çıxarmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Y55-in texniki göstəriciləri açıqlanıb
    samsung-galaxy-y55-in-texniki-gostericileri-aciqlanib
    LG SIGNATURE OLED T adlı şəffaf televizor təqdim olunub
    lg-signature-oled-t-adli-seffaf-televizor-teqdim-olunub
    Samsung şəffaf Micro LED ekranını sərgiləyib (VİDEO)
    samsung-seffaf-micro-led-ekranini-sergileyib-video
    Samsung hər iki istiqamətə qatlana bilən yeni ekranını təqdim edib
    samsung-her-iki-istiqamete-qatlana-bilen-yeni-ekranini-teqdim-edib
    ASUS ROG NUC adlı mini gaming kompüter təqdim edilib
    asus-rog-nuc-adli-mini-gaming-komputer-teqdim-edilib