
Samsung Odyssey G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Samsung Odyssey G6 G60SF adlanır. Beləliklə bu yeni monitor 500 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium Pro və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB-B, USB-A 3.2 Gen1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Samsung Odyssey G6 G60SF artıq ABŞ-da satışa çıxıb və onun qiyməti 999$ təşkil edir.

Paylaş