
Samsung Odyssey G7 G75F gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Odyssey seriyasına daxil olan yeni gaming monitorunu təqdim edib. Yeni monitor Samsung Odyssey G7 G75F adlanır. Beləliklə sözügedən yeni gaming monitoru 165 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 37 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 90%-ni əhatə edir. Ekran 1.07 milyard rəngi əks etdirə bilir. Monitor özündə AMD FreeSync Premium Pro texnologiyasının dəstəyini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB Type-B və USB 3.2 Gen1 Type-A girişlərini əldə edib. Samsung Odyssey G7 G75F artıq satışa çıxıb və onun qiyməti 1028$ təşkil edir.

Paylaş