Logo
    main-post-cover

    Samsung Odyssey G81SF gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.02.2025
    Emil
         Samsung şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gamin gmonitoru Samsung Odyssey G81SF adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 99.3%-ni əhatə edir.
         Monitor özündə AMD FreeSync Premium Pro NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Samsung həmçinin bu yeni monitoruna Pulsating Heat Pipe texnologiyasını inteqrasiya edib. Bu, soyutma sistemi texnologiyasıdır və o, qrafen əsaslı ənənəvi soyutma sistemlərindən 5 dəfə daha effektivlidir. Bu soyutma texnologiyası öz növbəsində OLED ekranın yanma halını aradan qaldırır. Samsung-un yeni gaming monitoru HDMI 2.1, DisplayPort USB-C girişlərini əldə edib. Samsung Odyssey G81SF artıq Çində satışa çıxıb və onun qiyməti 1102$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: Gizmochina
    Paylaş