
Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
12.05.2025
Emil
Samsung şirkəti öz yeni gaming monitorunu təqdim edib. Yeni monitor Samsung Odyssey OLED G6 G60SF adlanır. Beləliklə bu yeni monitor 500 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə NVIDIA G-SYNC Compatible və AMD FreeSync Premium Pro texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB-B, USB-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Samsung Odyssey OLED G6 G60SF yaxın günlərdə satışa çıxacaq və onun qiyməti 1688$ təşkil edəcək.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
