
Samsung ölçüsünü dəyişdirə bilən yeni smart üzüyünü patentləşdirib
Cihazlar+
25.10.2024
Emil
Bir neçə müddət bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ölçüsünü dəyişdirə bilən smart üzüyü patentləşdirib. İndi isə məlum olub ki, bu cür smart üzüyü həmçinin Samsung şirkəti də patentləşdirib. Bu o deməkdir ki, Samsung-un növbəti smart üzüyü fikslənmiş ölçüyə sahib olmayacaq. Şirkətin patent sənədində qeyd edilib ki, Galaxy Ring 2 smart üzüyünün daxili hissəsində xüsusi elastiki material olacaq. Məhz həmin elastiki material sayəsində smart üzük ölçüsünü böyüdə və ya kiçildə biləcək. Bu cür smart üzük həllinin bir neçə üstünlüyü var. İlk növbədə şirkət növbəti smart üzüyün bir neçə ölçüdə versiyasını hazırlamalı olmayacaq. Bununla yanaşı elastiki material sayəsində smart üzük istifadəçi barmağında daha yaxşı şəkildə yerləşəcək. Nəticədə smart üzük istifadəçi səhhətinin müxtəlif göstəricilərini daha dəqiq şəkildə təyin edəcək.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
