main-post-cover

    Samsung özünün Apple Vision Pro analoqunu hazırlayır

    Cihazlar+
    16.02.2024
    Emil Nəcəfov
         Koreyanın kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Samsung şirkəti Qualcomm Google ilə birgə özünün Apple Vision Pro analoqu üzərində çalışır. Məlumatda qeyd edilib ki, Samsung bunun üçün Immersive Team adlı yeni komanda yaradıb. Komandada 100 nəfər mütəxəssis çalışır. Qeyri-rəsmi məlumata əsasən Samsung-un Apple Vision Pro analoqu 1.03 düym ölçülü iki ədəd OLED ekranla təchiz olunacaq. Ekranların ümumi piksel sıxlıqları isə 3500 ppi təşkil edəcək.
         Cihaz Snapdragon XR2+ prosessoru vasitəsilə çalışmalıdır. Google öz növbəsində cihaz üçün xüsusi əməliyyat sisteminin hazırlanması ilə məşğul olacaq. Çox güman ki, söhbət, Android-in güclü şəkildə təkmilləşdirilmiş versiyasından gedir. Bununla yanaşı cihaz özündə bir neçə kameranı birləşdirməli və Samsung-un Galaxy brendi altında mövcud olan digər cihazlarla uyğunlaşma imkanına sahib olmalıdır. Gözləntilərə əsasən cihaz Apple Vision Pro-dan daha ucuz qiymətə satılacaq. Samsung özünün Apple Vision Pro analoqunu bu il təqdim edə bilər
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 6 yenilənmiş əsas arxa kameranı əldə edəcək
    samsung-galaxy-z-fold-6-yenilenmis-esas-arxa-kamerani-elde-edecek
    Samsung Galaxy S24-lərdəki daha bir süni zəka funksiyası əvvəlki Galaxy smartfonlarında istifadəyə veriləcək
    samsung-galaxy-s24-lerdeki-daha-bir-suni-zeka-funksiyasi-evvelki-galaxy-smartfonlarinda-istifadeye-verilecek
    Geekbench sayəsində Samsung Galaxy A35-in hansı prosessora sahib olacağı məlum olub
    geekbench-sayesinde-samsung-galaxy-a35-in-hansi-prosessora-sahib-olacagi-melum-olub
    Samsung Galaxy F15 5G-nin render fotosu təqdim edilib
    samsung-galaxy-f15-5g-nin-render-fotosu-teqdim-edilib
    Samsung Galaxy F15 5G təqdimata hazırlaşır
    samsung-galaxy-f15-5g-teqdimata-hazirlasir