
Samsung qatlana bilən ekranlı noutbukunu patentləşdirib
Cihazlar+
23.10.2024
Emil
Elastiki ekranlar hal-hazırda qatlana bilən smartfonlarda istifadə edilir. Lakin istehsalçılar bu cür ekranları digər cihazlarda da istifadə etməyi planlaşdırırlar. Məsələn Samsung şirkəti elastiki ekran texnologiyasını noutbuklarda tətbiq etməyi hədəfləyib. Bu cür konseptual noutbuku şirkət öz yeni patentində sərgiləyib. Samsung-un yeni patentində əks olunmuş məlumata əsasən konseptual noutbuk klaviaturaya və ənənəvi form-faktora sahibdir. Bununla belə onun ekranı qatlana bilən smartfonlardakı kimi qatlanmır. Qatlanan hissə ekranın yuxarı sahəsidir. Söhbət, noutbukda veb kameranın yerləşdiyi sahədən gedir. Patentə əsasən noutbukun qapağının qapalı olduğu halda belə qatlanmış ekran müəyyən məlumatları əks etdirə biləcək. Samsung-un bu cür noutbukunun hansı texniki imkanlara sahib olacağı və istehsal olunacağı təqdirdə bunun nə zaman baş verəcəyi bilinmir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
