
Samsung qeyri-adi dizaynda qatlana bilən smartfonunu patentləşdirib
Samsung-un böyük patent portfoliosuna yeni bir əlavə edilib. Şirkət Samsung Galaxy Flip Retro adlı qatlana bilən smartfon dizaynı üçün patenti qeydiyyatdan keçirib. Smartfon açıq vəziyyətdə oval formaya yaxınlaşan, nəzərəçarpacaq dərəcədə yumşaq və dairəvi xətlərə malikdir. Smartfon kənar hissəsi də diqqətçəkən dərəcədə yuvarlaq formadadır. Bu patent rəsmləri əsasında smartfonun necə görünə biləcəyini qiymətləndirmək üçün render hazırlanıb. Dizayn qeyri-adi və mütləq diqqət çəkəcək xüsusiyyətlərə malikdir. Patentə sahib olmaq hələ Samsung-un kommersiya modelini buraxacağı mənasına gəlmir. Bu, sadəcə olaraq Samsung-un öz ideyasını qorumaq istədiyini göstərir.


Paylaş