Logo
    Samsung qulağa klips kimi taxılan Galaxy Buds On qulaqlığını hazırlayır

    Samsung qulağa klips kimi taxılan Galaxy Buds On qulaqlığını hazırlayır

    Cihazlar+
    11.09.2026
        “Samsung” qulaq kanalını bağlamayan, qulağa klips kimi taxılan yeni simsiz qulaqlıq hazırlayır. Rəsmi görünüşlü təsvirlər məhsulun “Galaxy Buds On” adı ilə satışa çıxacağını göstərir. Daha əvvəl “Buds Able” kimi tanınan modelin 2026-cı ilin 4-cü rübündə təqdim ediləcəyi gözlənilir. Dəqiq tarix isə hələ açıqlanmayıb.
    Samsung qulağa klips kimi taxılan Galaxy Buds On qulaqlığını hazırlayır
        “Galaxy Buds On” 2 hissədən ibarətdir. Hissələrdən birində səsucaldan yerləşir, digəri isə qulağın arxasında qalır. Bu hissələri elastik silikon halqa birləşdirir. Belə quruluş qulaqlığın qulağa klips kimi bərkidilməsinə imkan verir. Qulaqlıqdakı yaylı metal kontaktlar cihaz qutuya yerləşdiriləndə batareyanı dolduracaq. Təsvirlərdə qara və ağ rəng seçimləri də görünür.
        Qulaqlığın proqramdakı idarəetmə bölməsində “Auto Volume” funksiyası yer alır. Bu funksiya ətrafdakı səslərə uyğun olaraq səs səviyyəsini avtomatik dəyişdirəcək. Bundan başqa, ayrıca səs gücləndirmə seçimi də olacaq. Beləliklə, istifadəçi küçə və ya sakit otaq kimi fərqli mühitlərdə səsi hər dəfə özü tənzimləməli olmayacaq.
    Samsung qulağa klips kimi taxılan Galaxy Buds On qulaqlığını hazırlayır
        “Samsung” baş hərəkətləri ilə idarəetməni də sınaqdan keçirir. İstifadəçi başı ilə təsdiq və ya imtina jesti edərək əmrlər verə biləcək. Qulaqlığa toxunub saxlamaqla səs yazısını başladıb dayandırmaq mümkün olacaq. Səs qeydləri avtomatik mətnə çevriləcək. “Bixby” telefona toxunmadan səslə axtarış aparmağa, “Galaxy AI” isə süni intellekt funksiyalarından yararlanmağa imkan verəcək.
        Proqramda istifadəçi yuxuya gedəndə musiqini avtomatik dayandıran seçim də aşkarlanıb. Görünür, bu imkan “One UI 9” sisteminin bir hissəsi olacaq. “Galaxy Buds On” əvvəlcə “Galaxy S26 FE” ilə birlikdə gözlənilsə də, həmin təqdimat baş tutmayıb. “Galaxy Tab S12” planşeti və “Android XR” eynəyi də “Samsung”un hazırladığı digər cihazlar arasında göstərilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...