Logo
    main-post-cover

    Samsung şirkəti LG Wing tərzində qatlana bilən smartfonu patentləşdirib

    Cihazlar+
    22.07.2024
    Emil
         Özünün Galaxy Z FoldZ Flip smartfonları sayəsində Samsung şirkəti qatlana bilən smartfonlar bazarının lideridir. Lakin şirkət adları sadalanmış smartfonlarla yetinmək niyyətində deyil. Belə ki, Ümumdünya İntellektual Mülkiyyət Təşkilatı tərəfindən təqdim edilmiş patent sorğusuna əsasən Samsung özündə aktual smartfonların elementlərini birləşdirə biləcək unikal dizaynlı yeni qatlana bilən smartfonu hazırlaya bilər.
         Patent sorğusunda əks olunmuş eskiz fotolarda ilk baxışdan adi görünən, lakin fırlanma mexanizminə sahib mobil cihazı görmək olar. Eskizlərdə əks olunmuş mobil cihazın əsas ekranı 180 dərəcə fırlana bilir. Bu baxımdan cihaz LG Wing smartfonuna bənzəyir. Digər maraqlı məqam isə patentdəki smartfonun əsas ekranının şarnir konstruksiyasındadır. Məhz həmin şarnir konstruksiyası üstəlik bu unikal mobil cihazın qatlanmasına imkan verir. Qeyd etmək lazımdır ki, bu sadəcə patentdir və Samsung-un nəticədə bu cür cihazı istehsal edəcəyinə zəmanət yoxdur.
    Paylaş