main-post-cover

    Samsung smartfonları üçün 4 illik təhlükəsizlik yenilənmələri məhdud olacaq

    Cihazlar+
    12.03.2021
    Farid Pardashunas
        Hələ bir neçə müddət bundan öncə Samsung şirkəti bildirmişdi ki, o öz smartfonlarının dəstək müddətini 4 il uzadıb. Yəni şirkət 4 il ərzində öz smartfonları üçün təhlükəsizlik yenilənmələrini təqdim edəcək. İndi isə şirkət bu məsələyə bir açıqlama ilə aydınlıq gətirib. Belə ki, məlum olub ki, mütəmadi təhlükəsizlik yenilənmələrinin çıxma müddətləri smartfonların modellərindən asılı olaraq dəyişəcək. Qeyd etmək lazımdır ki, şirkətin smartfonları 4 illik dəstəkləməsi üzrə yeni praktika 2019-cu ildə və 2019-cu ildən sonra satışa çıxmış cihazları əhatə edir. Samsung təhlükəsizlik yenilənmələrinin çıxış müddətlərini aylıq, rüblük və iki illik intervallara bölüb.
        Beləliklə Galaxy S21 modelləri, qatlana bilən smartfonlar, əvvəlki bir sıra flaqman smartfonlar və Xcover seriyasına daxil olan modellər təhlükəsizlik yenilənmələrini hər ay əldə edəcəklər. Hər rüb təhlükəsizlik yenilənmələrini əldə edəcək cihazlar siyahısına Galaxy S8 seriyası, Galaxy Note 8 seriyası, Galaxy A seriyası və Galaxy M seriyası daxil olublar. Yerdə qalan cihazlar isə təhlükəsizlik yenilənmələrini ildə 2 dəfə əldə edəcəklər. Bu cür smartfonlar siyahısına Galaxy S8 Lite, Galaxy A9 (2019), Galaxy J seriyasının bəzi modelləri, Galaxy Tab S4 ilə Tab S3 seriyasına daxil olan köhnə planşetlər və s. cihazlar daxildirlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər