
Samsung smartfonlarının ekranlarında yaşıl zolaq problemi yaşanır
Cihazlar+
19.04.2024
Farid
Son zamanlarda Samsung smartfonlarının istifadəçiləri sistem yenilənməsindən sonra öz cihazlarında müxtəlif problemlərlə qarşılaşırlar. Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkətinin bəzi smartfonlarının istifadəçiləri sistem yenilənməsindən sonra öz cihazlarının ekranlarında yaşıl və ya çəhrayı zolaq problemi ilə qarşılaşıblar. Məlumatda qeyd edilib ki, sözügedən yeni problemlə əsasən Samsung Galaxy A73, Galaxy M21, Galaxy M52 5G, Galaxy S21, Galaxy S21 FE, Galaxy S22 və Galaxy Z Flip 3 smartfonlarının istifadəçiləri qarşılaşıblar. İstifadəçilərin sözlərinə əsasən bu problem sözügedən smartfonlara OneUI 6.0 istifadəçi interfeysinin və ya aprel ayı üzrə təhlükəsizlik yenilənməsinin quraşdırılmasından sonra yaşanmağa başlayıb. Samsung bu mövzu ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
