Logo
    main-post-cover

    Samsung Snapdragon X Elite prosessoru vasitəsilə çalışan Galaxy Book 4 Edge noutbukunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    21.05.2024
    Emil
         ASUS-la yanaşı Snapdragon X Elite prosessorlu ilk noutbukunu həmçinin Samsung şirkəti də təqdim edib. Söhbət, Samsung Galaxy Book 4 Edge-dən gedir. Samsung-un Snapdragon X Elite prosessorlu bu ilk noutbuku iki versiyada təqdim edilib. Onlar öz aralarında ekran ölçüsü ilə fərqlənirlər. Beləliklə modellərdən biri 14 düym, digəri isə 16 düym ölçülü ekrana sahibdir. 14 düym ekranlı modelin qalınlığı 10.9 mm, çəkisi 1.18 kq təşkil edir. 16 düym ekranlı modelin qalınlığı isə 12.3 mm, çəkisi 1.54 kq təşkil edir. Hər iki halda noutbuk 120 Hz-lik təsvir yenilənməsinə sahib 3K keyfiyyətli sensorlu Dynamic AMOLED 2X ekranla təchiz olunub.
         Xəbərin əvvəlində də qeyd edildiyi kimi Samsung Galaxy Book 4 Edge 12 nüvəli Snapdragon X Elite prosessoru vasitəsilə çalışır. Noutbuk özündə 16 GB-a kimi RAM-ı və 1 TB-a kimi SSD-ni birləşdirir. Galaxy Book 4 Edge özünə Thunderbolt 4, HDMI 2.1 girişlərini birləşdirir. 16 düym ekranlı model əlavə olaraq microSD kart girişinə də sahibdir. Samsung bildirib ki, Galaxy Book 4 Edge bir dəfə şarj olunandan sonra 24 saat ərzində çalışa bilir. Noutbukun satışlarına 18 iyun tarixində start veriləcək. 14 düym ekranlı modelin qiyməti 1349$-dan, 16 düym ekranlı modelin qiyməti isə 1499$-dan start götürəcək.
    Paylaş