
Samsung süni zəkaya istiqamətlənmiş smartfonlar üzərində çalışır
Cihazlar+
23.07.2024
Emil
Samsung şirkəti süni zəkaya istiqamətlənmiş yeni smartfonlar üzərində çalışır və həmin smartfonlar şirkətin hal-hazırda aktual olan məhsullarından fərqlənə bilərlər. Samsung-un top menecerlərindən biri olan TM Roh yeni müsahibələrindən birində bildirib ki, şirkətin hal-hazırda tədqiqatları ilə texnologiyalarının böyük hissəsi AI (artificial intelligence / süni zəka) smartfonlara ayrılıb. TM Roh şirkətin bu smartfonları barəsində ətraflı bir məlumat verməyib. O sadəcə olaraq bildirib ki, Samsung-un süni zəkaya istiqamətlənmiş smartfonları daha mobil olacaqlar. Lakin onun sözlərinə əsasən bu heç də smartfonların kompakt ölçüyə sahib olacaqları demək deyil. Həmin smartfonlar böyük ölçülü ekranları və bir neçə ədəd kameranı əldə edə bilərlər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
