Samsung-un 3 qat qatlana bilən smartfonu nə zaman təqdim olunacaq?
Cihazlar+
15.01.2025
Emil
Huawei keçən ilin sentyabr ayında Huawei Mate XT Ultimate Design adlı ilk 3 qat qatlana bilən smartfonunu təqdim edəndən müəyyən müddət sonra məlumat ortaya çıxdı ki, müxtəlif smartfon istehsalçıları da bu cür smartfon üzərində çalışırlar. Onların arasında Samsung da var. İndi isə Samsung-un ilk 3 qat qatlana bilən smartfonunun nə zaman təqdim olunacağı barəsində məlumat verilib. Koreyanın The Elec saytının vermiş olduğu məlumata əsasən Samsung 3 qat qatlana bilən smartfonunu 2025-ci ilin sonuna kimi təqdim edəcək.
Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət bu ilin sonuna kimi 200 000 ədəd bu smartfondan istehsal etməyi hədəfləyib. The Elec saytı qeyd edib ki, 13 yanvar tarixində Samsung müxtəlif smartfon komponentlərinin istehsalı ilə məşğul olan partnyorlarına 3 qat qatlana bilən smartfonu ilə bağlı məqsədlərini açıqlayıb. Şirkət 3 qat qatlana bilən smartfonun aktiv istehsalı prosesinin startına istiqamətlənmiş koordinasiya əməliyyatlarını artıq yerinə yetirməyə başlayıb. Samsung-un ilk 3 qat qatlana bilən smartfonunun texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Lakin gözləntilərə əsasən tam açıq vəziyyətdə smartfon 10 düym ölçülü ekrana sahib olacaq.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Samsung Galaxy S23 Ultra, S24 Ultra və S25 Ultra-nın dizaynları müqayisə edilib
Samsung 22 yanvar tarixində Galaxy S25 smartfonlarını təqdim edəcək. Təqdim olunacaq modellərdən biri də Galaxy S25 Ultra olacaq.
Cihazlar+
Samsung Galaxy S25 Ultra-nın S Pen stilusu bəzi funksiyalardan məhrum ola bilər
Samsung 22 yanvar tarixində bu ilin ilk Galaxy Unpacked tədbirini keçirəcək və bu tədbir çərçivəsində Galaxy S25 smartfon seriyasını təqdim edəcək.
Elm & Texnologiya
Samsung smart saatlar üçün yüksək parlaqlığa sahib yeni microLED ekranı təqdim edib
Təqdim edilmiş microLED ekranın əsas fərqləndirici tərəfi ondadır ki, o, smart saatlar üçün nəzərdə tutulmuş ən parlaq microLED ekrandır.
Cihazlar+
Samsung Galaxy S25 Slim smartfonu Geekbench testlərindən keçib
Samsung şirkəti 22 yanvar tarixində Galaxy S25 smartfonlarını təqdim edəcək. Şirkət artıq rəsmi şəkildə təsdiqləyib ki, o, 3 ədəd deyil, 4 ədəd smartfon təqdim edəcək. Çox güman ki, dördüncü smartfon Galaxy S25 Slim olacaq.
Cihazlar+
Samsung Galaxy A56-nın fotoları təqdim edilib
Samsung şirkətinin hazırladığı yeni smartfonlardan biri də Galaxy A56-dır. İndi isə Çinin TENAA adlı sertifikatlaşdırma agentliyi Samsung şirkətinin hazırladığı bu smartfonunun yeni fotolarını təqdim edib.
Ən çox oxunanlar