Logo
    main-post-cover

    Samsung-un 3 qat qatlana bilən smartfonunun mümkün adı məlum olub

    Cihazlar+
    03.02.2025
    Emil
         Son zamanlarda yayılmış məlumata əsasən Samsung şirkəti bu il ilk 3 qat qatlana bilən smartfonunu təqdim edəcək. Samsung-un bu smartfonu keçən ilin sentyabr ayında Huawei tərəfindən təqdim edilmiş Mate XT adlı 3 qat qatlana bilən smartfona rəqib olmalıdır. Ortaya çıxmış yeni məlumat isə Samsung-un ilk 3 qat qatlana bilən smartfonunun mümkün adını işıq üzünə çıxarıb.
         Beləliklə ortaya çıxmış məlumata əsasən Samsung-un sözügedən smartfonu Galaxy G Fold adını əldə edəcək. Smartfonun bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir. Bu, yay fəslində qatlana bilən Galaxy Z Fold 7Z Flip 7 smartfonlarının təqdimatları üçün keçiriləcək Galaxy Unpacked tədbiri çərçivəsində baş tuta bilər. Bundan əlavə olaraq ortaya çıxmış məlumatda qeyd edilib ki, Galaxy G Fold-un tam açıq vəziyyətdə ekran ölçüsü 9.96 düym təşkil edəcək.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, Huawei Mate XT-nin tam açıq vəziyyətdə ekran ölçüsü 10.2 düym təşkil edir. Galaxy G Fold öz növbəsində Samsung tərəfindən CES 2022 sərgisində təqdim edilmiş Flex G adlı konsept cihaz əsasında hazırlanmış ola bilər. Gözləntilərə əsasən Galaxy G Fold-un qiyməti 2000$-dan yüksək olacaq. Belə olacağı təqdirdə sözügedən smartfon Samsung-un ən bahalı smartfonlarından biri olacaq.
    Mənbə: Gadgets360
    Paylaş