
Samsung-un bu il hansı smart saatları təqdim edəcəyi açıqlanıb
Cihazlar+
22.05.2024
Emil
Samsung şirkəti yaxın aylar ərzində öz yeni smart saatlarını təqdim etməlidir. Artıq məlumdur ki, onlardan biri Galaxy Watch 7 olacaq. Daha öncə düşünülürdü ki, Samsung Galaxy Watch 7 ilə yanaşı həmçinin Galaxy Watch 7 Classic və Watch 7 Pro modellərini də təqdim edəcək. Lakin yeni məlumata əsasən bu il Galaxy Watch 7 Classic və Watch 7 Pro modelləri olmaya bilərlər. Belə ki, Evan Blass adlı məşhur insayder Samsung-un bu il təqdim edəcəyi Galaxy Watch modellərinin adlarını açıqlayıb. Onun sözlərinə əsasən şirkət bu il Galaxy Watch 7, Galaxy Watch Ultra və Galaxy Watch FE smart saatlarını təqdim edəcək.
Bu smart saatların yay fəslində qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə birgə təqdim olunacaqları gözlənilir. Galaxy Watch 7 modeli keçən il təqdim olunmuş Galaxy Watch 6-nın davamçısı olacaq. Galaxy Watch Ultra isə Apple Watch Ultra ilə rəqabət aparacaq smart saat modeli olmalıdır. Galaxy Watch FE-yə gəldikdə, onun Galaxy Watch 4-ün ad dəyişdirmiş versiyası olacağı gözlənilir. Belə ki, son məlumat sızıntılarına əsasən Galaxy Watch FE modeli texniki göstəricilər baxımından Galaxy Watch 4-ün kopyası olacaq. Üstəlik Galaxy Watch FE Samsung-un ən ucuz qiymətə satılacaq smart saatı olmalıdır. Bütün bu smart saatların OneUI interfeysli WearOS əməliyyat sistemi vasitəsilə çalışacaqları güman edilir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
