
Samsung-un bükülə bilən ekrana sahib smartfonu gələn il təqdim oluna bilər
Cihazlar+
17.09.2024
Emil
Ortaya çıxmış yeni məlumata əsasən Samsung şirkəti hal-hazırda burula bilən ekrana sahib smartfon üzərində çalışır və hazırlanan bu smartfon artıq gələn il satışa çıxa bilər. Məlumatda qeyd edilib ki, smartfon ümumi ölçüsü 12.4 düym təşkil edəcək burula bilən ekrana sahib olacaq. Bu cür smartfonda qatlana bilən smartfonlarda istifadə edilən şarnir konstruksiyalı iki hissəli ekrandan istifadəyə ehtiyac qalmayacaq. Samsung keçən il baş tutmuş SID Display Week adlı sərgidə bu cür ekran texnologiyasını artıq sərgiləmişdi. Söhbət, Rollable Flex adlı bükülə bilən OLED ekrandan gedir. Bu ekran 49 mm-ə kimi bükülə və 254.4 mm-ə kimi açıla bilir. Gözləntilərə əsasən Samsung-un bükülə bilən ekrana sahib smartfonu ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameranı əldə edəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
