Logo
    main-post-cover

    Samsung-un ilk 3 qat qatlana bilən smartfonunu mümkün təqdimat müddəti açıqlanıb

    Cihazlar+
    05.12.2024
    Emil
         Huawei şirkətinin sentyabr ayında Mate XT adlı ilk 3 qat qatlana bilən smartfonunu təqdim edəndən sonra müxtəlif şirkətlərin bu cür smartfon üzərində çalışdıqları barəsində məlumat ortaya çıxdı. Onların sırasında Samsung da var. İndi isə Ross Young adlı məşhur analitik Samsung-un 3 qat qatlana bilən smartfonu barəsində məlumat verib. məlumdur ki, Samsung hal-hazırda gələn il təqdim olunacaq qatlana bilən Galaxy Z Fold 7Z Flip 7 smartfonları üzərində çalışır.
         İnsayder bildirib ki, Samsung qatlana bilən smartfonlar bazarı ilə bağlı uzunmüddətli planlara sahibdir və adları sadalanmış qatlana bilən smartfonların təqdimatlarından sonra şirkət 3 qat qatlana bilən smartfonun təqdimatına hazırlaşmağa başlayacaq. Analitik bildirib ki, Samsung öz ilk 3 qat qatlana bilən smartfonunu 2026-cı ilin əvvəlində təqdim edə bilər. Təəssüflər olsun ki, analitik Samsung-un bu smartfonu barəsində ətraflı məlumata sahib deyil.
    Paylaş