
Samsung-un premium smart saatı Galaxy Watch X adlana bilər
Cihazlar+
29.05.2024
Emil
Son aylar ərzində artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung-un bu il ərzində təqdim edəcəyi Galaxy Watch 7 smart saat seriyasına premium model daxil olacaq. Daha öncə güman olunurdu ki, premium model Galaxy Watch 7 Ultra adı altında təqdim olunacaq. Lakin yeni məlumata əsasən premium model daha fərqli ad altında çıxış edəcək. Belə ki, Samsung Galaxy Watch 7 smart saat modeli çərçivəsində təqdim edəcəyi premium modeli Galaxy Watch X adlandıracaq.
Gözləntilərə əsasən sözügedən smart saat Apple Watch Ultra ilə rəqabət aparacaq və 100 metr su dərinliyinə tab gətirmək imkanına sahib olacaq. Ortaya çıxmış məlumatda həmçinin qeyd edilib ki, Galaxy Watch X smart saatı bir dəfə şarj olunandan sonra 100 saat ərzində çalışa biləcək. Bu isə 4 günə bərabərdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Apple Watch Ultra bir dəfə şarj olunandan sonra 60 saat ərzində çalışa bilir. Galaxy Watch X çox güman ki, Exynos W1000 adlı yeni prosessor vasitəsilə çalışacaq. Sözügedən smart saatın yay fəslində qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə birlikdə təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
