Samsung-un təqdim edilməmiş qeyri-adi noutbuku sərgilənib (VİDEO)
Cihazlar+
15.03.2024
Emil Nəcəfov
Samsung-un təqdim olunmamış qeyri-adi noutbukunun videosu Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıb. Sözügedən noutbukun qeyri-adiliyi ondadır ki, o, çox nazik ekran ətrafı çərçivəyə sahibdir və onda veb kamera birbaşa ekrana yerləşdirilib. Digər bir özəllik isə kamera girişinin sistem interfeysinə inteqrasiya edilməsidir. Faktiki olaraq bu noutbuk üzərində son iPhone modellərindəki Dynamic Island çıxıntısının analoqu yerləşir. Noutbuk ekranına inteqrasiya edilmiş kameranın ətraf sahəsi çalışma ssenarisindən asılı olaraq genişlənir və öz formasını dəyişir. Beləliklə kamera ətrafında musiqi playeri və ya bildirişlər əks oluna bilər. Samsung bu cür noutbukun nəticə etibarilə satışa çıxıb-çıxmayacağını açıqlamayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy Tab S6 Lite (2024) planşeti Samsung-un saytında ortaya çıxıb
Samsung Galaxy Tab S6 Lite (2024) planşeti Samsung-un saytında ortaya çıxıb
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Tab S6 Lite planşetinin yenilənmiş versiyası Galaxy Tab S6 Lite (2024)-ün satışlarına hazırlaşır.
Samsung Galaxy Watch 7 smart saat seriyasına 3 model daxil olacaq
Samsung Galaxy Watch 7 smart saat seriyasına 3 model daxil olacaq
Samsung şirkətinin bu il Galaxy Watch 7 smart saat seriyasını təqdim edəcəyi gözlənilir.
Samsung Galaxy Z Flip 6 daha böyük ölçülü xarici ekranı əldə edə bilər
Samsung Galaxy Z Flip 6 daha böyük ölçülü xarici ekranı əldə edə bilər
Samsung şirkətinin növbəti qatlana bilən smartfonlarından biri olacaq qapaqlı Galaxy Z Flip 6 barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər.
Bu ayın sonunda OneUI 6.1-i əldə edəcək Samsung Galaxy cihazlarının siyahısı təqdim edilib
Bu ayın sonunda OneUI 6.1-i əldə edəcək Samsung Galaxy cihazlarının siyahısı təqdim edilib
Samsung şirkəti mart ayının sonunda OneUI 6.1 istifadəçi interfeysini əldə edəcək Galaxy cihazlarının siyahısını təqdim edib.
Micro OLED ekranların bazarda kütləvi hal almaları üçün müəyyən zaman lazım olacaq
Micro OLED ekranların bazarda kütləvi hal almaları üçün müəyyən zaman lazım olacaq
Son məlumatlara əsasən Samsung şirkətinin Samsung Display şöbəsi qarışıq reallıq cihazları üçün nəzərdə tutulmuş micro OLED və OLEDoS ekranlar üzərində çalışır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!