
Samsung-un təqdimata hazırlaşan yeni cihazlarının render fotoları təqdim edilib
Cihazlar+
28.06.2024
Emil
Samsung şirkəti dünən rəsmi olaraq anons etdi ki, növbəti Galaxy Unpacked təqdimat tədbiri 10 iyul tarixində baş tutacaq. Tədbirə az müddət qalmış məşhur insayder Evan Blass bu tədbirdə təqdim ediləcək yeni Samsung cihazlarının keyfiyyətli render fotolarını təqdim edib. Söhbət, Samsung Galaxy Watch 7, Galaxy Watch Ultra, Galaxy Buds 3 və Galaxy Buds 3 Pro cihazlarından gedir. Məlumata əsasən Galaxy Watch Ultra smart saatı titan materialdan hazırlanmış gövdəni əldə edəcək və 3 ədəd idarəetmə düyməsinə sahib olacaq. Galaxy Watch 7 isə daha klassik dizaynı özündə birləşdirəcək. Şirkətin yeni naqilsiz qulaqlıqlarına gəldikdə, Galaxy Buds 3 modeli Apple AirPods 3 dizaynında olacaq. Galaxy Buds 3 Pro isə vakuum konstruksiyanı əldə edəcək və xarici görünüşcə Apple AirPods 2-ni xatırladacaq.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
