
Samsung-un VR cihazı Geekbench-in məlumatlar bazasında ortaya çıxıb
Cihazlar+
27.08.2024
Emil
Geekbench bençmarkının məlumatlar bazasında Samsung-un VR cihazı ortaya çıxıb. Cihaz SM-I130 model nömrəsinə sahibdir. Geekbench-in məlumatlar bazasındakı məlumatlara əsasən Samsung-un VR cihazı 6 nüvəli Snapdragon XR2+ Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, cihaz 16 GB RAM-a sahib olacaq və qutudan Android 14-ü əldə edəcək. VR cihazın sahib olacağı Snapdragon XR2+ Gen 2 prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 1076 xal, çox nüvəli testi çərçivəsində isə 2078 xal toplayıb. Cihaz barəsində digər bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Samsung-un VR cihazı Apple Vision Pro ilə rəqabət apara bilər. Cihazın nə zaman təqdim olunacağı isə bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
