
Samsung uzanan ekranlı planşeti patentləşdirib
Cihazlar+
29.11.2024
Emil
ABŞ Ticarət Nişanları və Patentləri İdarəsinin məlumatlar bazasında Samsung-un yeni patent sorğusu ortaya çıxıb. Ortaya çıxmış patent sorğusunda ekranı uzana bilən planşet əks olunub. Patent sənədinə əsasən uzanma özəlliyi sayəsində planşetin ekran ölçüsünü böyütmək olar. Patentdə ekranın uzanma mexanizminin necə qurulduğu barəsində ətraflı bir məlumat yoxdur. Patent sənədində əks olunmuş fotoya əsasən planşetin sol və sağ hissələrində xüsusi hərəkət mexanimzləri var. Həmin mexanizmləri müxtəlif istiqamətlərə hərəkət etdirərək ekranın ölçüsünü böyütmək olar. Həmçinin planşetin yuxarı hissəsində gövdəyə maqnit vasitəsilə bərkidilən stilusu və arxa paneldə iki ədəd kameranı görmək olar. Samsung-un bu cür planşetinin nəticədə hazırlanıb-hazırlanmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
